• 0000, 00:00
  • 0000, 00:00
  • Enerji
  • 505

Enerji resurslarından səmərəli istifadəsi

1996-ci il 30 may tarixli “Enerji resurslarından istifadə haddında”Qanunu əvəz etmiş 2021-ci il 9 iyul tarixli 359-VİQ saylı “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”Qanun 1 iyul 2022-ci il tarixində qüvvəyə minib. EU4ENERGY Proqramı (hhps:minenergy.gov.az/az/alternativ-ve-berpa-olunan-enerji/enerji-semereliliyine-dair)çərçivəsində hazırlanmış bu hüquqi akt enerji effektivliyinin əsas məqsədlərini (və xüsusilə,enerji istehlakı və zəhərli qazların (CO2) atılmasının azaldılması və daha etibarlı enerji təchizatının təmin edilməsini) ehtiva edir.
Qanun enerji ilə bağlı bütün prosesleri, o cümlədən enerji istehsalından son istehlaka qədər mərhələləri əhatə edir. Bu sahədəki dövlət siyasəti, təhlükəsiz və etibarlı energetika sistemi və davamlı iqtisadi inkişafının təmin edilməsi, enerji effektivliyi üzrə təqdirlərin və yüksək effektiv texnologiyaların həyata keçirilməsi üçün investisiyaların cəlb edilməsi, enerji istehsalçıları, enerji təchizatçıları, o cümlədən ötürücü və paylayıcı müəssisələr, dövlət və yerli özünüidarəetmə orqanları arasında əməkdaşlığın gücləndirilməsinə hədəflənmişdir.

Enerji auditi
Enerji auditi enerji effektivliyinin artırılma üsuludur. Qeyd olunmuş Qanunda enerji auditi iqtisadi cəhətdən səmərəli tədbirlərin, enerjiyə qənaət imkanlarının, enerji itkilərinin və ətraf mühitə atılan tullantıların miqdarının müəyyənləşdirilməsi, habelə enerjinin istehlakı ilə əlaqədar məlumatların əldə edilməsi üçün sahibkarların və qeyri-yaşayış binaların qiymətləndirilməsi kimi müəyyən olunur.
Enerji auditi Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara uyğun olan sahibkarlar və qeyri-yaşayış binaları üçün məcburidir. Həmin subyektlərdə enerji auditi hər üç ildən bir keçirilir.  Digər subyektlər isə, o cümlədən rezident müəssisələrin Azərbaycan Respublikasının ərazisindən kənarda yerləşən filial və nümayəndəlikləri auditor ilə bağlanmış müqavilə əsasında enerji auditini könüllü şəkildə keçirirlər.
Auditor energetika və iqsadi sahələrdə ali təhsilə malik və Energetika Nazirliyindən ixtisas attestatı almış fiziki şəxsdir. Nazirlik auditorların ictimaiyyətə açıq resyestrini aparır.
Enerji auditindən savayı, Qanun enerji menecment sisteminin həyata keçirilməsini nəzərdə tutur. Enerji idarəçisi illik enerji istehlakı 1 000 ton neft ekvivalentindən çox olan müəssisələrdə və tikinti sahəsi ən azı 10 000 m2 və ya illik enerji istehlakı 250 ton neft ekvivalentindən çox olan qeyri-yaşayiş binalarında təyin olunur.

Eneji effektivliyi üzrə tədbirlər
Enerji effektivliyi üzrə tədbirlər enerji resurslarından səmərəli istifadənin artırılmasına yönəlmiş təşkilatı, hüquqi, iqtisadi və texnoloji tədbirlərdən ibarətdir.
Enerji effektivliyi üzrə tədbirlərin və dövlət proqramlarının həyata keçirilməsi aşağıdakı stimullaşdırıcı tədbirlər vasitəsi ilə təmin olunur:

  • Qrant və subsidiyaların ayrılması;
  • Pilot layihələrinin həyata keçirilməsi;
  • Güzəştli kreditlərin verilməsi;
  • Enerji effektivliyi fondu.

Qeyd olunan təşviqlər çərçivəsində enerji menecment sisteminin, koqenerasiya və yüksək effektiv koqenerasiyanın inkişafı, elmi-texniki fəaliyyətinin maliyyələşdirilməsi, ağıllı sayğacların təchizatı və bərpa olunan enerji mənbələrindən istifadə də təmin olunur.
Enerji effektivliyi üzrə digər tədbirlər məhsulların etiketlənməsi və ekoloji dizayn tələblərinin müəyyən edilməsini, binaların enerji istehlakının azaldılmasını nəzərdə tuturlar.
Enerji sahəsinə Energetika Nazirliyi tərəfindən nəzarət edilir. Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi enerji təchizatçıları tərəfindən enerjinin istifadəsinə, habelə, ətraf mühitə edilən mənfi təsirin aradan qaldırılması üçün həyata keçirilən tədbirlərə nəzarət edir, enerjinin istehsalı üçün istifadə olunan yanacağın istehlakının azaldılmasına yönəlmiş tədbirlərin həmin subyektlər tərəfindən həyata keçirilməsini yoxlayır.

CO2 tullantısının azaldılması
İqlim dəyişikliyinin gətirdiyi çətinliklərin öhdəsindən gəlmək üçün bütün dünyada hökumətlər müxtəlif öhdəliklər götürür. Məsələn, Avropa Komissiyası CO2 emissiyalarının 2030-cu ilə qədər 55% azaldılmasını hədəfləyən bir sıra qanunvericilik təklifləri qəbul etmişdir. Komissiyanın Enerji Səmərəliliyi Direktivi iqlim neytrallığına doğru irəliləyiş üçün mühüm ünsürdür.
Azərbaycanda enerji effektivliyi siyasətinin məqsədləri istixana qazlarının emissiyalarının azaldılması üçün müvafiq tədbirlərin görülməsini əhatə edir. Bərpa olunun enerji sektorunun  inkişafı üçün Energetika Nazirliyi bərpa olunan enerji mənbələrindən enerji istehsalı üzrə bir sıra sazişlərdə iştirak edir. Bildirildiyi kimi, enerji və enerji məhsullarından səmərəli istifadəyə, enerji resurslarından istifadə qaydalarına əməl olunmasına və onların tullantılarına nəzarət edilməsinə görə təsərrüfatlar və istehlakçılar məsuliyyət daşıyırlar.

Naila hüquq şirkəti Azərbaycan